main-post-cover

    Instagram'a TikTok'dakı kimi video redaktor əlavə oluna bilər

    Sosial Media
    12.11.2019
    Farid Pardashunas
        Instagram-da yeni funksiyalar barəsində məlumatlar verən tərtibatçı Jane Manchun Wong Instagram-da TikTok servisindəki kimi video redaktor aşkar edib. Bu barədə Rusbase saytı xəbər verib. Tərtibatçı qeyd edib ki, Instagram üçün Scenes adlı video redaktor hazırlayır. Məlumatda qeyd edilib ki, əvvəllər həmin redaktorun adı Clips idi.
        Təqdim edilmiş fotodan da görmək olar ki, Scenes adlı video redaktorda TikTok-dan olan bir çox özəllik var. Belə ki, Scenes-də də musiqilərdən, AR effektlərdən istifadə etmək olacaq və həmçinin videoları sürətləndirmək də mümkün olacaq. Əgər hansısa Instagram istifadəçsinin hesabı hamı üçün açıqdırsa digər istifadəçilər də həmin videolardan mikslər düzəldə biləcəklər. Instagram-ın Scenes video redaktorunu öz platformasına əlavə edib-etməyəcəyi barəsində bir məlumat yoxdur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər