Instagram-a valideyn nəzarəti funksiyası əlavə edilib

Instagram-a valideyn nəzarəti funksiyası əlavə edilib

Sosial Media
17.03.2022 PAYLAŞIM

    Instagram tərtibatçıları fotoservisə valideyn nəzarəti (Parentel Controls) funksiyasını əlavə ediblər. Hal hazırda sözügedən funksiya yalnız ABŞ-da aktivdir. Lakin yaxın aylar ərzində onu digər regionlarda da istifadəyə verəcəklər. Bu yeni funksiya vasitəsilə valideynlər öz övladlarının Instagram-da nə qədər zaman keçirtdiklərini izləyə və onlar üçün sosial şəbəkədən istifadə üzrə zaman limitini təyin edə biləcəklər. Bundan əlavə olaraq valideynlər bu funksiyadan istifadə edərək öz övladlarının hansı istifadəçi hesablarını izlədiklərini və onların abunəçiləri siyahısında kimlərin olduqlarını öyrənə biləcəklər.

    Yeniyetmələr öz növbələrində sosial şəbəkə daxilində arzuolunmaz davranışlarla qarşılaşdıqları barəsində valideynlərinə məlumat verə bilərlər. Qeyd etmək lazımdır ki, valideyn nəzarəti üzrə bu cür imkanlar həmçinin Meta şirkətinin digər platformalarına da inteqrasiya ediləcək. Buna misal olaraq Facebook-u gətirmək olar. Onu da qeyd etmək lazımdır ki, bu yeni funksiya valideynlərə övladlarının hansı paylaşımları bəyəndikləri və ya hansı paylaşımlara rəy bildirdiklərini görmək imkanını vermir.


    Bununla yanaşı valideynlər bu funksiya vasitəsilə övladlarının mesajlarını da izləyə bilməzlər. Funksiya yeniyetmələrə gizli istifadəçi hesablarına sahib olmaq imkanını məhdudlaşdırmır. Sözügedən funksiyanın aktivləşdirilməsi üçün valideyn ilk növbədə övladının razılığını əldə etməli olacaq. Yaxın aylar ərzində Instagram daxilində valideyn nəzarəti funksiyasının imkanları bir qədər genişləndiriləcək. Məsələn valideyn müəyyən zaman intervalı təyin edəcək və onun övladı yalnız həmin zaman intervalı ərzində sosial şəbəkəyə daxil ola biləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da avtomatik silinən mesajları yaddaşda saxlamaq mümkün olacaq

Whatsapp tərtibatçıları messencerdəki avtomatik silinən mesajlar funksiyasını təkmilləşdirməyə davam..


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..

×