main-post-cover

    Instagram azyaşlı istifadəçilərin təhlükəsizlik tədbirlərini daha da sərtləşdirəcək

    Sosial Media
    07.12.2021
    Farid Pardashunas
        Instagram fotoservisin azyaşlı istifadəçiləri üçün təqdim edilən kontentlər üzərində idarənin sərtləşdirilməsini elan edib. Bundan əlavə olaraq fotoservis bildirib ki, o, bir mövzu ətrafında olan kontentlərə fikirlərini cəmləmiş istifadəçiləri digər mövzulara aid kontentlərə də yönəldəcək. Beləliklə Instagram öz platformasındakı azyaşlı istifadəçiləri əhatə edəcək bəzi dəyişikliklər barəsində məlumat verib. Artıq məlumdur ki, Instagram-ın rəhbəri olan Adam Mosseri bugün ABŞ Senatında uşaqların sosial şəbəkə tərəfindən qorunmaları məsələsində reallaşdırılacaq dinləmələrdə vacib suallara cavab verməli olacaq. Buna görə də çox güman ki, Instagram öz tərəfinin qorunması səbəbilə bu cür dəyişiklikləri elan edib.
        Meta Platforms və onun strukturuna daxil olan Instagram artıq ilk dəfə deyil ki, azyaşlı nəslin psixoloji səhhətinə təsir məsələsində siyasətçilərin və cəmiyyətin marağını cəlb edir. Beləliklə Instagram-ın rəhbəri Adam Mosseri bildirib ki, bundan sonra yetkin yaşa sahib istifadəçilər öz abunəçiləri siyahısında mövcud olmayan yeniyetmələri harasa işarələyə (tag) bilməyəcəklər. Bundan əlavə olaraq yanvar ayından başlayaraq Instagram-ın gənc istifadəçiləri toplu şəkildə öz paylaşımlarını, bəyənmələri və rəyləri silə biləcəklər.
        Bununla yanaşı Instagram azyaşlı istifadəçilər üçün potensial zərərli kontentlərin məsləhət görülməsini də aradan qaldırmağı nəzərdən keçirdir. Bura həmçinin hashtag-lar və ya digər üsullarla axtarılan kontentlər də daxildir. Artıq bu gündən başlayaraq ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada Take a Break adlı funksiya istifadəyə veriləcək. Bu funksiya öz növbəsində Instagram-dan çox istifadə edənlərə fasilə verməyin lazım olduğunu bildirəcək. Gələn ilin mart ayında isə azyaşlı istifadəçilərin valideynləri və digər təmsilçiləri üçün xüsusi alətlər istifadəyə veriləcək. Həmin alətlərin sayəsində onlar uşaqların Instagram-da nə qədər zaman keçirtdiklərini öyrənə və bu məsələdə zaman limiti təyin edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər