main-post-cover

    Instagram bütün dünya üzrə like saylarının gizlədilməsinin testinə start verdi

    Sosial Media
    15.11.2019
    Emil Nəcəfov
        Instagram fotoservisi digər istifadəçilərdən paylaşımlardakı like saylarının gizlədilməsi funksiyasının bütün dünya üzrə testinə start verib. Bu halda like sayını yalnız paylaşımın müəllifi görə biləcək. Bu barədə Vc.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, fotoservis hələ bu ilin aprel ayında bəzi ölkələrdə bu yeni funksiyanın test olunmasını elan etmişdi.
        Sosial şəbəkə istəyir ki, istifadəçilər like saylarına deyil daha çox kontentin keyfiyyətinə fikir versinlər. Funksiyanın testi artıq Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya və Yeni Zelandiyada test edilib. Bu ay isə sözügedən funksiyanın testinə ABŞ-da start verilib. Instgram bildirib ki, bu funksiyanın test olunduğu ölkələrdən müsbət rəylər əldə olunub.
        Lakin fotoservis yenə də istifadəçi rəylərini yığmağa davam edəcək. Belə ki, bu yenilik fotoservis üçün fundamental dəyişiklikdir. Instagram onu da qeyd edib ki, reklam elanlarından vəsait qazanan kontent müəllifləri üçün bəyənmə saylarının vacib olduğunu başa düşür. Buna görə də onlar kontent tərtibatçılarının öz partnyorları ilə statistikaların bölüşməsi üsulları üzərində çalışırlar. 
    Linki kopyala