main-post-cover

    Instagram-da istifadəçinin marağını əhatə edən paylaşımları sıralayacaq yeni bölmə test olunur

    Sosial Media
    12.09.2021
    Emil Nəcəfov
        Instagram daxilində Favorites adlı yeni bölmənin testinə start verilib. Sözügedən yeni bölmə istifadəçilərə fərdi ana səhifəsi üzərində idarəni geri qaytarmaq imkanını verməlidir. Beləliklə test olunan Favorites adlı yeni bölmə sayəsində istifadəçilər özlərinə ilk növbədə maraqlı olan hesabları təyin edə biləcəklər. Bu üsul ilə onlar öz ana səhifələrində ilk olaraq məhz həmin hesabların paylaşımlarını görə biləcəklər.
        Qeyd etmək lazımdır ki, hal hazırda Instagram-ın alqoritmi istifadəçilərə ən məşhur və yeni paylaşımları sərgiləyir. Bundan əlavə olaraq alqoritm müəyyən paylaşımların konkret istifadəçi üçün maraqlı ola biləcəyini təyin edir və həmin paylaşımları da istifadəçiyə təqdim edir. Təəssüflər olsun ki, çox zaman alqoritm istifadəçiyə maraqlı ola biləcək paylaşımları düzgün təyin edə bilmir. Bu səbəbdən də istifadəçiyə həqiqətən maraqlı ola biləcək paylaşımlar ondan yan keçirlər. Test olunan Favorites adlı yeni bölmə isə bu vəziyyəti aradan qaldırmalıdır.
    Linki kopyala