main-post-cover

    Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

    Sosial Media
    09.11.2021
    Emil Nəcəfov
        Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar. Belə ki, məşhur fotoservisdə ödənişli abunəlik sistemi istifadəyə veriləcək və kontent yaradıcıları öz eksklüziv kontentlərini yalnız ödənişli abunəlik vasitəsilə abunə olmuş istifadəçilərinə təqdim edə biləcəklər. Ödənişli abunəlik üçün nəzərdə tutulmuş qiymətlər Instagram-n App Store platformasındakı təsvirində aşkar edilib. Ordakı məlumata əsasən ABŞ regionunda ödənişli abunəliyin aylıq haqqı 0.99$ və ya 4.99$ təşkil edəcək.
        Lakin fərqli qiymətlərə sahib abunəliklərin öz aralarında nə ilə fərqlənəcəkləri barəsində məlumat yoxdur. Beləliklə kontent yaradıcıları eksklüziv kontentlər yarada və həmin kontentləri yalnız ödənişli abunəliyə qoşulmuş istifadəçilər görə biləcəklər. Bundan əlavə olaraq bu cür istifadəçilərin adları qarşısında xüsusi ikon da mövcud olacaq. Məlumata əsasən ödənişli abunəlik təkcə ana səhifədəki kontentləri deyil, həmçinin Story-də paylaşılan kontentləri də əhatə edəcək. Instagram rəsmi şəkildə hələ ki, bu imkanı təqdim etməyib. Lakin bunun yaxın zamanda baş verəcəyi gözlənilir.
    Linki kopyala