main-post-cover

    Instagram-da paylaşımları istifadəçi hesablarında bərkitmək mümkün olacaq

    Sosial Media
    27.04.2022
    Farid Pardashunas
        Verilmiş məlumata əsasən Instagram-da yeni funksiya test olunur və həmin funksiya vasitəsilə istifadəçi hesabının yuxarı hissəsində bu və ya digər paylaşımı bərkitmək mümkün olacaq. “Pin to your profile” adlı bu yeni funksiya artıq bəzi istifadəçilər arasında istifadəyə verilib. Sözügedən funksiya Twitter TikTok-dakı analoqu kimi çalışacaq. Ayrı-ayrı paylaşımlar istifadəçi hesabının yuxarı hissəsində əks olunacaqlar və istifadəçi bu üsul ilə digərlərinin diqqətlərini vacib paylaşımlara çəkmək imkanına sahib olacaq. Nəticədə bu və ya digər istifadəçi hesabının abunəçiləri vacib paylaşımı axtarmaq üçün əlavə olaraq ana səhifəni scroll etməli olmayacaqlar.
        Meta şirkəti artıq təsdiqləyib ki, o həqiqətən də bu cür funksiya üzərində çalışır. Bəzi məlumatlara əsasən sözügedən funksiya ilk dəfə yanvar ayında istifadəyə verilmişdi. Hal hazırda Instagram istifadəçiləri öz hesablarında Stories paylaşımlarını bərkidə bilirlər. Bloqqerlər bu funksiyadan məşhur kontentlərin təşkilində istifadə edirlər. Buna misal olaraq keçirilən sorğuları, baş tutmuş hər hansı bir tədbir barəsində hesabatı və s. gətirmək olar. Adi paylaşımların da istifadəçi hesablarında bərkidilməsi imkanı istifadəyə veriləndən sonra isə bloqqerlər əlavə gəlir mənbəyinə sahib olacaqlar. Belə ki, onlar öz abunəçiləri üçün ən çox görünən reklam paylaşımlarının qiymətlərini qaldıra biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər