main-post-cover

    Instagram-da paylaşımların sıralanmasını dəyişmək imkanını verəcək funksiya hazırlanır

    Sosial Media
    12.01.2022
    Emil Nəcəfov
        Son bir neçə il ərzində TikTok reytinqlərdə birinci yeri tutsa da Instagram hələ də məşhur sosial şəbəkələr siyahısında qalmaqda davam edir. Sözügedən fotoservisin sahibi olan Meta şirkəti daimi şəkildə onun üçün yeni funksiyaları istifadəyə verir. Bir neçə müddət bundan öncə Instagram-da Take a Break adlı funksiya istifadəyə verilmişdi. Sözügedən funksiya fotoservisdən həddindən çox istifadə edənlər üçün nəzərdə tutulub və nəticədə o, həmin istifadəçilərə fasilənin edilməsini xatırladır. Yaxın zamanda isə Instagram-da paylaşımlar səhifəsinin redaktə etmək imkanı istifadəçilərə təqdim olunacaq. Çox güman ki, istifadəçilərin çoxu əvvəlki paylaşımlarını fərqli sıralamada görmək istəyirlər.
        Bəzi hallarda bu, istifadəçi hesabından olan təəssüratlara təsir göstərir. Alessandro Paluzzi adlı məşhur insayderin verdiyi məlumata əsasən Instagram bu istiqamətdə yeni funksiya üzərində çalışır. İnsayder tərəfindən təqdim edilmiş fotolara əsasən sosial şəbəkə yaxın gələcəkdə paylaşımların sıralanmasını redaktə etməyə imkan verəcək yeni funksiyanı istifadəyə verəcək. Hazırlanan funksiya Edit Grid adlanır və onun sayəsində istifadəçi əvvəlki və paylaşmağı planlaşdırdığı postları istədiyi sıralama üzrə yerləşdirə biləcək. Hal hazırda paylaşımların xronoloji sıralanmalarını dəyişmək imkanı fotoservisdə mövcud deyil. Edit Grid adlı yeni funksiya ayarlar bölməsində mövcud olacaq. Hal hazırda sözügedən yeni funksiya hazırlanma mərhələsindədir. Onun nə zaman istifadəyə veriləcəyi barəsində məlumat daha sonra veriləcək.
    Linki kopyala