main-post-cover

    Instagram-da QR kodlar istifadəyə verilib: Bu yeni funksiya nəyə görə lazımdır?

    Sosial Media
    20.08.2020
    Emil Nəcəfov
        Instagram-a QR kodlar funksiyası əlavə edilib. Bundan sonra bütün dünyadan olan istifadəçilər öz hesablarının QR kodlarını yarada biləcəklər. Daha sonra digər istifadəçilər həmin QR kodları skan edərək istifadəçilərin hesablarına sürətli şəkildə daxil ola biləcəklər. Bu barədə The Verge saytı xəbər verib. Instagram-da Nametag adlı funksiya var idi. Həmin funksiya vasitəsilə yaradılmış daxili QR kodları yalnız Instagram-dakı kamera vasitəsilə skan etmək mümkün idi. Yeni funksiya isə Nametag-ı əvəz edəcək.
        Instagram-da QR kodlar funksiyası ilk dəfə keçən il Yaponiyada istifadəyə verilmişdi. İstifadəçi öz QR kodunu istifadəçi hesabının ayarlarında yarada bilər. Daha sonra isə yaradılmış QR kodun təsvirini yaddaşda saxlayıb və ya paylaşmaq olar. Məsələn müəssisələr öz Instagram hesablarının QR kodlarını yaradaraq onları reklam elanlarına və ya məhsullarının üzərlərinə yapışdıra bilərlər. Bu üsulla onlar öz brendlərini məşhurlaşdıracaqlar. Qeyd etmək lazımdır ki, daxili QR kod sistemindən bir çox məşhur şirkətlər istifadə edirlər. Onların arasında Facebook, Snapchat, Spotify kimi şirkətlər var. 
    Linki kopyala