
Instagram-da texniki xəta səbəbilə istifadəçilərin hesabları bloklanıb və abunəçilərinin sayı kəskin azalıb
Sosial Media
31.10.2022
Emil
Yeni həftə Instagram istifadəçiləri üçün heç də yaxşı başlamadı. Belə ki, Instagram istifadəçiləri öz hesablarına giriş edə bilməmələrindən şikayətlənirlər. Onlar qeyd ediblər ki, öz hesablarına giriş etmək istədikləri zaman hesablarının 31 oktyabr 2022-ci il tarixində bloklandığını əks etdirən bildiriş ortaya çıxır. Instagram-da yaranmış bu problemdən əlavə olaraq istifadəçilərdə abunəçilərin saylarının azaldığı da müşahidə edilir. Instagram təmsilçiləri mövcud problem haqqında xəbərdar olduqlarını təsdiqləyiblər.
“Biz xəbərdarıq ki, çoxunuz Instagram-a daxil ola bilmir. Biz hal hazırda bu texniki xətanın aradan qaldırılması üzərində çalışır və sizlərdən mövcud narahatçılığa görə üzr istəyirik” - deyə Instagram təmsilçiləri qeyd ediblər.
Məlumata əsasən sözügedən problem ilə daha çox iPhone istifadəçiləri qarşılaşıblar. Belə ki, onlar fotoservisin qeyri-stabil şəkildə çalışdığını və ondan istifadənin qeyri-mümkünlüyünü müşahidə ediblər. Bəzi istifadəçilərdə abunəçilərin ümumi sayı minlərlə nəfər aşağı düşüb. Məşhur şəxslərin hesabları və Instagram-ın öz hesabı sutka ərzində bir neçə milyon abunəçi itirib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə müxtəlif regionlarda Instagram və Facebook-un qeyri-stabil çalışması müşahidə edilmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
