Logo
    main-post-cover

    Instagram-dakı paylaşımların rəylərində GIF-lər vasitəsilə cavab vermək mümkün olacaq

    Sosial Media
    17.05.2023
    Emil
        Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən onlar sosial şəbəkə daxilindəki paylaşımların rəy bölmələrində cavabların GIF-lər və animasiyalar vasitəsilə verilməsi imkanını reallaşdırma niyyətindədirlər. Məlumatda qeyd edilib ki, bu yeni funksiya Facebook-da olan analoq kimi çalışacaq. İstifadəçi bu və ya digər paylaşıma rəy bildirmək istədiyi zaman o, GIF-lər və ya Giphy servisi vasitəsilə axtarılan hazır animasiyalarla cavab vermək imkanından yararlana biləcək. Güman etmək olar ki, yaxın gələcəkdə Instagram-dakı paylaşımların rəy bölmələri sadəcə GIF təsvirlərdən ibarət olacaq. Çünki istifadəçilər mətn formatında cavabların təqdim edilməsi yerinə GIF vasitəsilə cavab verməyə daha çox üstünlük verirlər.
    Paylaş
    Bənzər xəbərlər