
Instagram daxilində NFT satışlarının testinə start verilib
Sosial Media
03.11.2022
Emil
Meta şirkəti Instagram daxilində NFT-lərin paylaşımı və satışı üzrə mexanizmlərin testinə start verildiyini elan edib. Yeni imkanlardan ilk növbədə ABŞ-dan olan məhdud sayda istifadəçi yararlana biləcək. Bundan əlavə olaraq NFT-lərin Instagram daxilində sərgilənməsi üçün nəzərdə tutulmuş alətlər də genişləndirilib. Meta NFT-lər ilə çalışmaq üçün nəzərdə tutulmuş bir sıra aləti hazırlayıb. Hazırlanmış alətlər ilk növbədə Polygon adlı blockchain platformada NFT-lərin yaradılmasına və daha sonra onların Instagram daxilində satılmasına şərait yaradacaqlar.
Digər platformalarda əldə edilmiş NFT-lərin Instagram-a inteqrasiyası məsələsinə gəldikdə isə məlumatda qeyd edilib ki, artıq dəstəklənən Ethereum, Polygon və Flow blockchain platformalarına həmçinin Solana da əlavə edilib. Meta aktiv şəkildə öz platformalarında əlavə monetizasiya üsullarını yoxlayır. Keçən il Instagram-ım rəhbəri Adam Mosseri qeyd etmişdi ki, Meta Instagram-ı artıq təkcə fotolar üçün nəzərdə tutulmuş servis kimi görmür. Belə ki, Instagram Meta üçün artıq bir əyləncə platformasıdır. Buna görə də Instagram daxilində fəaliyyət göstərən kontent yaradıcıları ya reklamlar ya NFT satışları ya da istifadəçilərdən olan hədiyyələr üzərindən gəlir əldə etməlidirlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
