main-post-cover

    Instagram Dırect-ə online olan istifadəçiləri görmə imkanını verəcək yeni funksiya hazırlanır

    Sosial Media
    26.03.2020
    Farid Pardashunas
        Mobil tətbiqlər üzrə mütəxəssis və insayder olan Jane Manchun Wong bildirib ki, Instagram fotoservisi hal hazırda Direct bölməsi üçün “Active” adlı qovluq üzərində çalışır. Bu yeni funksiya vasitəsilə istifadəçilər real zaman ərzində Instagram tətbiqində olan dostlarını görə biləcəklər. Beləliklə istifadəçilər öz dostları arasında kimin online olduqlarını anlaya biləcəklər. Bu yeni funksiyadan yararlanaraq kimlərin online olduqlarını bilmək üçün isə istifadəçi Instagram ayarlarında özünün şəbəkə statusunu (yəni online olduğunu) hamı üçün göstərməli olacaq. Instagram Direct-ə bu funksiyanın nə zaman əlavə ediləcəyi barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər