Instagram fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə imkan verəcək

Instagram fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə imkan verəcək

Sosial Media
16.10.2019 PAYLAŞIM

    Instagram-a fərdi məlumatların üçüncü tərəfə ötürülməsini izləmək funksiyası əlavə ediləcək. Məlumata əsasən bu yeni funksiyanın növbəti 6 ay ərzində Instagram-a əlavə edilməsi planlaşdırılır. Bu barədə Rusbase saytı xəbər verib. Məlumatda qeyd edilib ki, kənar tətbiqlər və servislər çox zaman istifadəçilərə Instagram hesablarının öz sistemlərinə birləşdirilməsini təklif edirlər. Əsasən bu prosesi foto və ya veb səhifələrin yaradılması üzrə servislər təklif edirlər.

    Nəticədə həmin servislər istifadəçinin Instagram hesabındakı fotolara və özəl məlumatlara keçid imkanı əldə edirlər. Bu cür proseslərin idarə olunmasını sadələşdirmək üçün Instagram servisi öz tətbiqinin təhlükəsizlik bölməsinə yeni funksiya əlavə edəcək. Həmin funksiya vasitəsilə istifadəçi öz Instagram hesabına hansı servislərin birləşməsini və həmin servislərə hansı məlumatların ötürülməsini görə biləcək.


    İstifadəçi istədiyi zaman istədiyi servisi silə biləcək. Bundan sonra isə həmin silinmiş servis istifadəçinin Instagram hesabından məlumatları əldə edə bilməyəcək. Bununla yanaşı Instagram üçüncü tərəfin istifadəçi hesabına keçidi tələb edən zaman ortaya çıxan avtorizasiya pəncərəsini də yeniləyəcək. Beləliklə həmin pəncərədə bu və ya digər servisin tələb etdiyi məlumatlar siyahısı əks olunacaq. İstifadəçi həmin pəncərə vasitəsilə öz istəyinə uyğun müəyyən servisi Instagram hesabına birləşdirməni seçə və ya ləğv edə biləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Balansını artır, Azercell-dən 'Umico'ya ikiqat keşbək qazan!

İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər...


Whatsapp bir sıra yeni funksiya əldə edib (VİDEO)

Whatsapp tərtibatçıları mütəmadi olaraq sözügedən messencerə yeni funksiyalar əlavə edirlər. Whatsap..


Bu ilin ilk 6 ayında Android və iOS istifadəçiləri tətbiqlər ilə oyunlara ümumil..

Bu göstərici 2019-cu ilin ilk 6 ayı ərzində olmuş göstəricidən 23.4% yüksəkdir.


Çinin TikTok, WeChat, Weibo kimi məşhur servisləri Hindistanda qadağan olunublar..

Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi Çin şirkətləri tərəfindən yaradılmı..


Facebook-a köhnə xəbərlərlə bağlı yeni bir funksiya gəlir

Sosial media nəhəngi olan Facebook-a könhə xəbərlərlə bağlı yeni bir bildiriş funksiyası gəlir. ..


Məşhur şirkətlər Facebook-da reklam yerləşdirməkdən imtina edirlər: Səbəb nədir?..

Rakuten Viber şirkəti Facebook ilə olan əməkdaşlığını tamamilə dayandırdığını elan edib. ABŞ-da olan..

×