
Instagram hesabını silmədən Threads-dəki hesabı silmək mümkün olacaq
Sosial Media
27.09.2023
Emil Nəcəfov
Meta şirkəti Threads adlı yeni sosial şəbəkəsini istifadəyə verəndən sonra bir mövzu ilə bağlı istifadəçilər tərəfindən tənqidə məruz qaldı. Belə ki, istifadəçilər Threads-dəki hesablarını silmək üçün məcbur şəkildə Instagram-dakı hesablarını silməli olurdular. Bu isə Threads-də Instagram hesabı vasitəsilə qeydiyyatın aparılması ilə bağlıdır. Yeni məlumata əsasən Meta şirkəti Threads hesabının ayrıca silinməsi funksiyası üzərində çalışır. Onun bu ilin dekabr ayında istifadəyə veriləcəyi gözlənilir. Meta şirkətinin təmsilçisi bildirib ki, şirkət həqiqətən də bu cür funksiya üzərində çalışır. O, qeyd edib ki, şirkət Threads və Instagram hesablarının ayrılması mövzusunda texniki problemlər ilə qarşılaşıb. Həmin texniki problemlər isə Instagram hesabının silinməsindən yan keçərək Threads hesabının silinməsi prosesinin formaşalaşdırılmasında çətinliklər yaradıblar.
Linki kopyala
Həftənin xəbərləri

