main-post-cover

    Instagram-ın ana səhifəsində dizayn dəyişikliyi və iki yeni funksiya: Yeniliklər nələrdir?

    Sosial Media
    13.11.2020
    Farid Pardashunas
        Instagram son bir neçə il ərzində ilk dəfə öz tətbiqinin dizaynında dəyişikliklər edib. Edilmiş dəyişikliklər əsasən tətbiqin ana səhifəsini əhatə edib. Belə ki, tətbiqin ana səhifəsinə Reels Shop bölmələri əlavə edilib. Reels vasitəsilə istifadəçilər TikTok-da olduğu kimi qısa videolar yarada və onları digər istifadəçilərə göndərə bilərlər. İstifadəçi Reels bölməsi vasitəsilə qısa video yaradan zaman video üçün təqdim olunmuş kataloqdan müxtəif musiqiləri, AR effektləri seçə və ya müxtəlif cür remix videolar yarada bilər.
        Bununla yanaşı Reels bölməsinə daxil olan zaman digər istifadəçilərin də yaratdıqları qısa videoları görmək olar. Shop bölməsinin adından da bəlli olduğu kimi bu bölmə alış-veriş mövzusunu əhatə edir. Bu bölmədə @shop kanalının məsləhətləri və yeni məhsulların alınması üçün videolar əks olunurlar. Dizayn dəyişikliyindən sonra ana səhifədə bildirişlər ilə paylaşım yaratmaq bölmələri öz yerlərini dəyişiblər. Əvvəllər bu bölmələr ana səhifəsinin aşağı hissəsinin mərkəzində yerləşirdilər. Dizayn dəyişikliyindən sonra isə sözügedən bölmələr ana səhifənin yuxarı sağ hissəsində Direct bölməsinin yanında yerləşdiriliblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər