
Instagram-ın desktop versiyası vasitəsilə fotoservisə postların əlavə edilməsi funksiyası test olunur
Sosial Media
17.05.2021
Emil
Alessandro Paluzzi adlı tərtibatçı aşkar edib ki, Instagram tərtibatçıları desktop versiya vasitəsilə fotoservisə postların daxil edilməsi imkanını verən funksiya üzərində çalışırlar. Tərtibatçı bildirib ki, bu yeni funksiya şirkət daxilində test olunur və onun yaxın zamanda istifadəçilər üçün təqdim olunacağını gözləmək lazım deyil. Təqdim olunmuş fotolardan belə qənaətə gəlmək olar ki, servisin desktop versiyası vasitəsilə əlavə ediləcək postları editləmək, onlara filtrlər əlavə etmək, təsviri və məkanı qeyd etmək mümkün olacaq. Nəticə etibarilə Instagram-ın desktop versiyasında bu cür özəlliyin istifadəyə verilib-verilməyəcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
