
Sosial media platformalarından biri olan Instagram-da çox yüksək sayda izləyicisi olan profillər görsək də, 200 milyonu keçən hələ olmamışdı. Bu gün bu rekord məhşur futbolçu Cristiano Ronaldo tərəfindən qırıldı. Hal-hazırda Yuventus komandasında forma geyinən futbolçu Instagram-da 200 milyon izləyiciyə malik olan ilk profil oldu.
İzləyici sayısı olaraq Ronaldo-dan sonra Selena Gomez gəlir. Onun 167 milyon izləyicisi var.
Forbes tərəfindən bildirilən məlumatlara görə portuqaliyalı futbolçu sadəcə Instagram-da paylaşdığı reklamlardan 47,8 milyon dollar gəlir əldə edir. Cristiano Ronaldo 200 milyon izləyiciyə çatması səbəbilə video paylaşaraq onu izləyənlərə öz təşəkkürünü bildirdi.
Şərh yoxdur