Logo
    main-post-cover

    Instagram kontentlərin ana səhifədə yalnız yaxın dostlarla paylaşılması funksiyası üzərində çalışır

    Sosial Media
    07.09.2023
    Emil
        Instagram istifadəçiləri artıq uzun müddətdir ki, sözügedən platformanın öz unikallığını itirməsindən şikayətçidirlər. Bu vəziyyəti düzəltmək üçün tərtibatçılar istifadəçilərə kontentlərin dostlarla paylaşılması mövzusunda daha çox imkanlar təklif etməyə çalışırlar. Bu məqsədlə Instagram ana səhifədə kontentlərin yalnız yaxın dostlarla bölüşmək funksiyasını test etməyə başlayıb. Son bir neçə gün ərzində sözügedən yeni funksiya Instagram-ın məhdud sayda istifadəçisi arasında aktivləşdirilib. Instagram özü bu yeni funksiyanın bəzi ölkələrdə test olunduğunu təsdiqləyib. Qeyd etmək lazımdır ki, istifadəçilər Instagram-da özlərinin Stories paylaşımlarını yalnız yaxın dostlarla bölüşmək funksiyasına artıq sahibdirlər. Bu funksiya 2018-ci ildə təqdim olunmuşdu. 
    Paylaş
    Bənzər xəbərlər