Logo
    main-post-cover

    Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq

    Sosial Media
    23.09.2022
        Instagram istifadəçiləri mesajlarda arzuolunmaz çılpaq fotolardan qoruyacaq yeni mexanizm üzərində çalışır. Instagram-ın sahibi olan Meta şirkətinin təmsilçisi qeyd edib ki, bu cür funksiya həqiqətən də hazırlanır. Verilmiş məlumata əsasən Instagram-da təhlükəsizliyi əhatə edəcək yeni funksiya istifadəçiləri çılpaq fotolardan və digər arzuolunmaz mesajlardan qoruyacaq. Buna bənzər funksiyalar daha əvvəllər də istifadəyə verilib. Məsələn həmin funksiyalardan biri mesajlarda olan sorğuları filtrdən keçirdərək təhqiredici kontentləri bloklayır. Meta təmsilçisi bildirib ki, Instagram üçün hazırlanan yeni təhlükəsizlik funksiyası çərçivəsində şirkət əməkdaşları istifadəçilərin mesajlarıını əldə edə və bir qayda olaraq mesajların təkiblərində olan məlumatları üçüncü tərəflərə ötürə bilməyəcəklər. Şirkət yeni təhlükəsizlik funksiyasının testinə az müddət qalmış onun barəsində daha çox məlumat verəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq | Technote