Reklam
Instagram öz platformasında orijinal kontentləri optimizasiya etməyə başlayacaq

Instagram öz platformasında orijinal kontentləri optimizasiya etməyə başlayacaq

Sosial Media
22.04.2022 PAYLAŞIM

    Instagram-ın rəhbəri Adam Mosseri fotoservisdə reallaşdırılacaq bəzi yeniliklər barəsində məlumat verib. Reallaşdırılacaq yeniliklərdən ən vacibi isə orijinal kontentlərin aktiv şəkildə irəli çəkilməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, həmin dəyişikliklərdən ən vacibinin əsas hədəfi Instagram Reels-də repost olunan TikTok videoları olacaq. Meta şirkəti artıq aydın şəkildə qeyd edir ki, o, Facebook ilə Instagram-ı ilk növbədə dostlarla ünsiyyət vasitəsi kimi qəbul etmir. Şirkət sözügedən platformaları ilk növbədə kontent yaradıcılarına hədəflənmiş əsas platformalar kimi qəbul edir. Şirkət administrasiyası aktiv şəkildə elektron kommersiya alətlərini və auditoriya ilə çalışma üçün nəzərdə tutulmuş üsulları irəli çəkir.

    Bu üsul ilə o, TikTok və Youtube-da olan müəlliflərin Instagram ilə Facebook-a keçid edəcəklərinə ümid edir. Hal hazırda şirkət əsas diqqəti qısa videolar formatı olan Reels-ə yönəldib. Mark Zuckerberg-in sözlərinə əsasən Reels hal hazırda şirkətin yüksək sürətlə böyüyən yeni kontent formatıdır. Lakin Reels-də çox zaman keçirən istifadəçilər daha çox anlayırlar ki, bu format TikTok-un klonudur. Digər platformalarda mövcud olan videolarda hətta TikTok-un loqosu da olduğu kimi qalır. İstifadəçilərin Instagram daxilində bu cür rəftarları ilə mübarizə aparmaq üçün şirkət orijinal olmayan kontentlərin prioritetlərini aşağı salmaq qərarına gəlib.


    Yəni həmin kontentlər Instagram-ın məsləhətverici alqoritmləri tərəfindən daha az istifadəçiyə təqdim ediləcəklər. Lakin bu və ya digər kontentin orijinal olub-olmadığının hansı yol ilə müəyyənləşəcəyi barəsində məlumat verilməyib. Bu cür qərardan ən böyük zərəri isə aqreqator rolunda fəaliyyət göstərən səhifələr əldə edəcəklər. Məhz bu cür səhifələr məşhur memlərin və trendlərin mənbələri hesab edilirlər. Lakin verilmiş məlumata əsasən Instagram ilə Facebook-un böyük istifadəçi kütləsinə sahib olmalarına baxmayaraq, hal hazırda əsl orijinal kontentlərin mənbələri qismində TikTok və Twitter çıxış edirlər. Məhz bu faktor səbəbilə Meta şirkəti öz məşhur platformalarında radikal addımlar atmağa qərar verib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-ın aylıq xərci nə qədər təşkil edir?

Pavel Durov-un daha əvvəlki bəyanatlarına və fərdi mənbələrə əsaslanaraq Forbes əməkdaşları Telegram..


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..

×