main-post-cover

    Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

    Sosial Media
    23.05.2022
    Farid Pardashunas
        Instagram öz brendinin böyük yenilənməsini anons edib. Faktiki olaraq sosial şəbəkə bəzi marketinq materiallarını təzələyib və loqosunda cüzi düzəlişlər edib. Bununla belə daha vacib yenilik də var. Belə ki, sosial şəbəkə marketinqdə və tətbiq daxilində özünün Instagram Sans adlı eksklüziv şriftindən istifadə etməyi qərara alıb. Məlumatda qeyd edilib ki, Instagram Sans adlı eksklüziv şriftin yaradılmasında fotoservis öz loqosundan ilhamlanıb və beləliklə yaradılmış şrift şirkətin sadəliyə və incəsənətə bağlılığını əks etdirir. İlhamlanma prosesi daha çox düzbucaqlılar ilə dairələrin kombinasiyasından əldə edilib. Qeyd etmək lazımdır ki, Instagram sözügedən sözlərin ingilis dilində olan versiyalarını (squares circles) kombin edərək vahid squircles sözündən istifadə edir.
        Instagram-ın verdiyi məlumata əsasən mümkün olduğu qədər daha çox dildə (tay və yapon dilləri də daxil) yaxşı şəkildə əks olunan şrift variantının seçilməsi üçün şirkət linqvistlərlə bir yerdə çalışıb. Bəzi şriftlərdə hərflərin yalnız ayrı-ayrı qeyri-adi elementlərlə seçildikləri bir vaxtda Instagram Sans Script-də ayrı-ayrı simvollar həqiqətən də qeyri-dai görünürlər və bununla belə baxış üçün xoş olan formaları özlərində birləşdirirlər. Bundan əlavə olaraq bəzi simvolların kombinasiyaları ümumiyyətlə klassik hərflərə bənzəmirlər. Instagram Sans-ın sahib olduğu əsas özəllik isə unikal orijinallıqdır. Instagram ümid edir ki, istifadəçilər öz Stories Reels paylaşımlarında sözügedən şriftdən istifadə edəcəklər. Sözügedən şrift ilə yazılacaq yazıların əlavə ediləcəkləri həmin paylaşımları TikTok-dan olan videolar ilə səhv salmaq mümkün olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər