main-post-cover

    Instagram özünün TikTok rəqibi Reels servisini işə salmağa hazırlaşır

    Sosial Media
    18.07.2020
    Farid Pardashunas
        Instagram-ın TikTok rəqibini hazırladığı barəsində məlumat çoxdan gəzirdi. İndi isə məşhur fotoservis Reels adlı servisi ABŞ-da və digər ölkələrdə işə salacağını elan edib. Bu barədə Techcrunch saytı xəbər verib. Reels servisi Instagram-ın əsas tətbiqi çərçivəsində işə salınacaq. Bu servis vasitəsilə istifadəçilər hər hansı bir musiqiyə və ya digər səslərə sahib 15 saniyəlik vdeolar çəkə biləcəklər. Bununla yanaşı istifadəçilər Reels servisində videoların redaktə olunması üçün müxtəlif alətlərə də sahib olacaqlar.
        Buna misal olaraq filtrləri, videonun sürətinin tənzimlənməsini və s. gətirmək olar. Qeyd etmək lazımdır ki, Reels bir neçə ay ərzində Braziliyada, Fransada və Almaniyada test olunub. İndi isə şirkət servisin istifadə regionlarını genişləndirib. Sözügedən servisin avqust ayının əvvəlində ABŞ-da və digər ölkələrdə işə salınacağına söz verilib. Lakin siyahıda hansı ölkələrin olacağı barəsində məlumat verilməyib. Bundan əlavə olaraq servisin konkret olaraq hansı tarixdə istifadəyə veriləcəyi də bildirilməyib.
        Bəzi mənbələrin verdikləri məlumatlara əsasən yaxın həftələrdə Reels 50 ölkədə istifadəyə veriləcək. Görünür, Instagram sözügedən servisi TikTok-un Hindistanda bloklanması fonunda tez bir zamanda istifadəyə vermək istəyir. Qeyd etmək lazımdır ki, TikTok həmçinin ABŞ-da da bloklana bilər. Bir neçə müddət bundan öncə Donald Trump administrasiyası bildirmişdi ki, onlar milli təhlükəsizlik məsələsi səbəbilə TikTok-u ABŞ-da bloklamaq fikrini nəzərdən keçirdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər