Instagram paylaşılan birdən çox fotolara musiqilərin əlavə edilməsi funksiyasını test edir

Instagram paylaşılan birdən çox fotolara musiqilərin əlavə edilməsi funksiyasını test edir

Sosial Media
01.05.2023 PAYLAŞIM

    Instagram-da birdən artıq paylaşılan fotolara musiqilərin əlavə edilməsi funksiyası test olunur. Bu barədə məlumatı Mark Zuckerberg verib. Onun sözlərinə əsasən test olunan yeni funksiya tədricən daha çox istifadəçi üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, Instagram-da paylaşılan ayrı-ayrı fotolara musiqilərin əlavə edilməsi funksiyası artıq çoxdandır istifadə edilir. Lakin birdən artıq fotoların paylaşılması üçün bu funksiya mövcud deyil idi. Bundan əlavə olaraq ana səhifədə birdən artıq paylaşılmış fotolara baxmaq üçün müəyyən zaman lazım olduğunu nəzərə alaraq bu cür paylaşımlara musiqilərin əlavə edilməsi daha məntiqli görünür.


    Zuckerberg həmçinin qeyd edib ki, musiqilərin əlavə edilməsi funskiyası əlavə olaraq Instagram-ın mesajlar böməsində əks olunan statuslar üçün də test edilir. Statuslara musiqilərin əlavə edilməsi halında Instagram bu və ya digər musiqinin lazmi hissəsini seçməyə imkan verir. Statusa əlavə edilən musiqinin və ifaçısının adı həmçinin statusun üst hissəsində əks olunacaq. Məlumatda qeyd edilib ki, ana səhifədə birdən çox paylaşılan fotolara musiqilərin əlavə edilməsi funksiyası artıq bəzi ölkələrin istifadəçiləri üçün aktivləşdirilib.



DAHA ÇOX


Whatsapp-ın beta versiyasında fotoların HD keyfiyyətdə göndərilməsi funksiyası i..

Whatsapp tərtibatçıları messencerə yeni faydalı funksiyanı əlavə etməyə başlayıblar.


Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

Son aylarda generativ süni zəka sistemləri və onların əsasında hazırlanmış çat-botlar istifadəçilər ..


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.

×