Reklam
Instagram Reels TikTok kimi məşhur servisə çevrilə bilmədi

Instagram Reels TikTok kimi məşhur servisə çevrilə bilmədi

Sosial Media
14.09.2022 PAYLAŞIM

    Instagram-ın TikTok-u öz silahı vasitəsilə geridə qoymaq cəhdi ona milyonlarla dollara başa gəlib. Bununla belə Instagram-ı fotoservisdən videoplatformaya çevirmək yolunda istifadəyə verilmiş yeni funksiyalar və atılmış addımlar məşhur şəxslər də daxil olmaqla Instagram-ın istifadəçi kütləsini qıcıqlandırır. Meta tərəfindən edilmiş çoxlu sayda cəhdlərə baxmayaraq Instagram-ın Reels bölməsində istifadəçilər digər platformalardan olan videoları paylaşırlar. The Verge saytının verdiyi xəbərə əsasən jurnalistlərin əllərinə Meta-nın avqust ayı üçün olmuş Creators x Reels State of The Union 2022 adlı daxili hesabatı keçib. Həmin hesabat onu göstərib ki, istifadəçilər TikTok-da gün ərzində ümumilikdə 197.8 milyon saat, Instagram Reels-də isə 17.6 milyon saat vaxt keçirirlər.

    Bundan əlavə olaraq hesabatda qeyd edilib ki, son 4 həftə ərzində istifadəçilərin Reels-ə olan maraqları 13.6% aşağı düşüb. Instagram-ın Reels bölməsinin əsas problemlərindən biri də az sayda orijinal kontentə sahib olmasıdır. Belə ki, Reels-də paylaşılan kontentlərin 1/3 hissəsi digər platformalardan olan repostlardır. Hətta müəyyən zaman aralığında Reels-də yalnız TikTok-dan olan videolar mövcud idi. Daha sonra Instagram bu cür kontentlərin reytinqlərini aşağı salacağı barəsində xəbərdarlıq etdi. İstifadəçiləri Instagram və Facebook üçün xüsusi kontentlərin hazırlanmasına cəlb etmək üçün Meta şirkəti hətta kontent yaradıcılarına ödənişlərin edilməsi yolunda ilin sonuna kimi 1 milyard dollar büdcə ayıracağına da söz vermişdi.


    Hesabatda olan məlumata əsasən isə Reels müəlliflərinə hələ ki, cəmi 120 milyon dollar vəsait ödənilib. Meta şirkətinin təmsilçisi bildirib ki, avqust ayı üçün nəzərdə tutulmuş hesabatdakı məlumatlar artıq köhnəlib və mövcud olan vəziyyəti əks etdirmir. Şirkətin verdiyi məlumata əsasən Reels üzərindən olan monetizasiya yüksəlişi gözlənildiyindən daha artıq olub və kontent yaradıcıları ilə müxtəlif bizneslər bu məsələdə perspektivli nəticələr əldə edirlər. Bundan əlavə olaraq şirkətin bəyanatında qeyd edilib ki, əvvəlki zamanlar ilə müqayisədə hal hazırda Reels üçün kontent yaradanların və izləyicilərin sayı daha da artıb. Kontent yaradıcılarına 120 milyon dollar dəyərində ödəniş məsələsinə gəldikdə isə şirkət bunun da aktual olmadığını qeyd etsə də sözügedən məsələ ilə bağlı əlavə məlumat verməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq..

Instagram istifadəçiləri mesajlarda arzuolunmaz çılpaq fotolardan qoruyacaq yeni mexanizm üzərində ç..


Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imka..

Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib.


Mozilla: 'Youtube-un məsləhət məqsədli alqoritmləri heç də düzgün şəkildə çalışm..

Firefox brauzeri ilə tanınan Mozilla şirkətinin aparmış olduğu irimiqyaslı tədqiqata əsasən Youtube-..


Youtube interfeysində bəzi dəyişikliklər olacaq

Youtube öz yenilənmiş interfeysini tədricən istifadəyə verməyə başlayb.


TikTok-da BeReal analoqu TikTok Now funksiyası istifadəyə veriləcək

Məşhur TikTok platforması TikTok Now adlı funksiyanı anons edib.


Telegram-da növbəti yeni imkanlar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənmənin təqdim edildiyini elan ediblər...

×