Instagram reklam elanlarının satışını öz IGTV servisində test etməyə başlayacaq

Instagram reklam elanlarının satışını öz IGTV servisində test etməyə başlayacaq

Sosyal Medya
16.03.2020 PAYLAŞIM

    Instagram sosial şəbəkəsi 1 saata kimi xronometraja sahib videolar üçün nəzərdə tutulmuş IGTV servisində reklamların satılmasına başlayacaq. Şirkət bu yeni funksiyanı test etdiyini təsdiqləyib. Bu barədə Bloomberg saytı xəbər verib. Şirkət bu ilin yaz fəslində IGTV-də reklamların test olunması üçün artıq bir sıra kontent müəllifli ilə razılığıa gəlib. Beləliklə Instagram öz partnyorlarına reklam dəyərinin 55% vəsaitini ödəyəcək. Qeyd etmək lazımdır ki, YouTube videoservisində də bu cür qayda qüvvədədir.

    Hal hazırda Instagram-da reklamı yalnız Stories və ana səhifə paylaşımlarında işə salmaq mümkündür. Bu isə öz növbəsində şirkətə il ərzində 20 milyard dollara yaxın qazanc gətirir. YouTube-dan fərqli olaraq Instagram indiyənə kimi öz reklam gəlirlərini istifadəçilər ilə bölüşmürdü. IGTV formatı Instagram Stories kimi məşhur deyil. Lakin fotoservis sürətlə böyüyən online video sahəsinin bir qismini əldə etmək üçün YouTube ilə rəqabət aparmağa hazırdır. Qeyd etmək lazımdır ki, 2019-cu ildə YouTube vdeoservisinin reklam satışlarından əldə etdiyi gəlir 15 milyard dollar təşkil etmişdi.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell azərbaycanlıları koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik n..

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar..


Pulsuz çatdırılma vasitəsi ilə Kontakt Home-u evinizə gətirin!

“Bayramda alaram”, “Bayramda gedib seçərik”, “Bayram gəlsin rahat-rahat fikirləşərik” deyənlər, sizi..


Instagram Dırect-ə online olan istifadəçiləri görmə imkanını verəcək yeni funksi..

Mobil tətbiqlər üzrə mütəxəssis və insayder olan Jane Manchun Wong bildirib ki, Instagram fotoservis..


Azercell fədakar tibb işçilərini dəstəklədi

Mobil operator koronavirusla mübarizə aparan həkim və tibb işçilərinin balansını artırdı


Messenger ilə 1 mesajı 5-dən çox insana göndərmək mümkün olmayacaq

Facebook, Messenger-də artıq istifadəçilərin 1 mesajı 5-dən çox insana göndərilməsinə qadağa qoyacaq..


Youtube videoservisi öz videolarının keyfiyyətlərini bütün dünyada aşağı saldı..

Avropa Birliyininin koronavirus səbəbilə qlobal şəbəkəyə olan yüklənmənin aşağı salınmasının vacibli..