Instagram siqaret və silah məhsullarının reklamlarını siləcək

Instagram siqaret və silah məhsullarının reklamlarını siləcək

Sosial Media
19.12.2019 PAYLAŞIM

    Məşhur Instagram fotoservisi elektron siqaret, adi siqaret, silah, alkoqol və pəhriz əlavələri kimi məhsulların reklamlı paylaşımlarının idarə olunmasını sərtləşdirəcək. Fotoservisin təmsilçiləri bildiriblər ki, elektron siqaret, adi siqaret və alkoqollu içkilər kimi məhsulların reklamları daha öncə də qadağan edilmişdi. Lakin yaxın bir neçə həftə ərzində fotoservis bu cür reklamlı paylaşımları bir dəfəlik siləcək. Bu barədə Rusbase saytı xəbər verib.

    Alkoqollu içkilərin və pəhriz əlavələrinin reklamlarına gəldikdə isə Instagram həmin məhsulların reklamlarının məhdudlaşdırılmasını tələb edəcək. Gələn il bu cür məhsulların reklamları ilə məşğul olan şəxslər üçün Instagram daxilində xüsusi funksiya təqdim ediləcək. Həmin funksiya sayəsində şəxslər bu cür məhsulların müəyyən yaş istifadəçilərə göstərilməsini dayandıra biləcəklər.


    Bununla yanaşı fotoservis Brand Collabs Manager adlı aləti də anons edib. Həmin alət vasitəsilə istifadəçilər və brendlər bir-birilərini axtararaq reklam elanlarının yerləşdirilməsi üzrə danışıqlar apara bilərlər. Əvvəllər istifadəçilər brendlərə öz paylaşımlarının baxış sayı və digər göstəricilər üzrə statistikalarını göndərirdilərsə yeni alətdə bütün bu göstəricilər avtomatik olaraq əks olunacaqlar. Bu yeni özəllik hələ ki, az sayda influencerlər üçün aktivdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..

×