Instagram sürətlə məşhurlaşan digər sosial şəbəkənin özəlliyini oğurlayaraq özündə test edir
Sosial Media
23.08.2022
Emil Nəcəfov
Müxtəlif sosial şəbəkələrin funksiyalarını kopyalamaqda bilinən Meta şirkəti bu dəfə də özünə sadiq qalıb. Belə ki, Meta şirkətinə məxsus olan Instagram fotoservisi son vaxtlarda sürətlə məşhurlaşan BeReal adlı rəqibinin fərqləndirici özəlliyini özündə test etməyə başlayıb. Fransada işə salınmış BeReal adlı sosial şəbəkənin əsas məğzi ondan ibarətdir ki, onun istifadəçilərinə hərgün bildiriş gəlir və həmin bildirişdə istifadəçilərin təbii şəraitdə foto çəkib paylaşmaları üçün 2 dəqiqə vaxta sahib olduqları qeyd edilir. BeReal-da çəkilən fotonun görünüş formatı da bir qədər fərqlənir. Belə ki, istifadəçi foto çəkən zaman cihaz eyni anda həm ön kamera həm də arxa kamera vasitəsilə prosesi reallaşdırır. Yəni fotoda həm istifadəçinin özü həm də istifadəçini əhatə edən mühit əks olunur.
Instagram isə buna bənzər funksiyanı test etməyə başlayıb. O, istifadəçilərə IG Candid Challenges adlı layihəyə qoşulmağı təklif edib. Bu layihənin də əsas məğzi məhz BeReal sosial şəbəkəsinin ideyasının məğzi ilə eynidir. İstifadəçilər hər gün müxtəlif saatlarda bildiriş əldə edəcəklər və həmin bildirişdə onların foto çəkib paylaşmaq üçün 2 dəqiqəyə sahib olduqları qeyd olunacaq. Instagram təmsilçiləri bu xəbəri qismən təkzib ediblər. Onların sözlərinə əsasən bu, şirkətdaxili prototipdir və o, şirkətdən kənarda test edilmir. Qeyd etmək lazımdır ki, baş ofisi Parisdə olan BeReal sosial şəbəkəsi 2020-ci ildə təsis edilib. Son zamanlarda o, gənclər arasında sürətlə məşhurlaşır. Belə ki, gündə bir dəfə təbii şəraitdə fotoların çəkilməsi ideyası insanların maraqlarını cəlb edib. Bu bir növ Instagram estetikasına qarşı olan bir etirazdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!