Instagram təhqir və təqiblər ilə mübarizə üçün Limits adlı yeni funksiyanın testinə start verib

Instagram təhqir və təqiblər ilə mübarizə üçün Limits adlı yeni funksiyanın testinə start verib

Sosial Media
23.07.2021 PAYLAŞIM

    Instagram fotoservisi Limits adlı yeni funksiyanın testinə start verib. Sözügedən funksiya təhqir və təqiblər ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Hər hansısa Instagram istifadəçisi təqiblərə məruz qaldığı halda bu funksiya onun istifadəçi hesabını müəyyən müddətlik bloklayır. Bununla yanaşı Limits funksiyası vasitəsilə bəzi abunçilərə rəy yazmağı və mesaj göndərməyi bloklamaq olar.

    Bura həmçinin yeni abunəçilər və ümumiyyətlə abunə olmayan şəxslər də daxil ola bilərlər. Instagram təmsilçiləri qeyd ediblər ki, təhqiredici rəylər adətən köhnə istifadəçilər tərəfindən deyil, yeni hesablar yaratmış istifadəçilər tərəfindən yazılır. Bu üsul ilə həmin istifadəçilər təqib xarakterli əməlləri yerinə yetirirlər. Hal hazırda Limits funksiyası bir sıra ölkədə test edilir. Lakin Instagram funksiyanın test olunduğu ölkələrin siyahısını təqdim etməyib.


    Bundan əlavə olaraq sözügedən funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi barəsində də bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, UEFA 2020 Avropa çempionatının finalında İtaliya yığması qalib gəldikdən sonra bəzi istifadəçilər İngiltərə yığmasının futbolçularına rasizmi əhatə edən rəylər yazmışdılar. Sosial şəbəkənin moderasiya texnologiyası isə onlardan bəzilərini adi rəylər kimi qəbul etmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..

×