Instagram tərtibatçıları Twitter analoqu üzərində çalışırlar

Instagram tərtibatçıları Twitter analoqu üzərində çalışırlar

Sosial Media
22.05.2023 PAYLAŞIM

    Marketinq materiallarının sızdırılması sayəsində Instagram tərtibatçılarının yeni tətbiqi barəsində məlumatlar ortaya çıxıb. Məlumata əsasən Instagram tərtibatçıları hal hazırda Twitter tərzində yeni tətbiq üzərində çalışırlar. Hazırlanan tətbiq Twitter tərzində paylaşımlar hazırlamağa və onları ana səhifədə paylaşmağa imkan verəcək. Sözügedən tətbiqin hələ final adı mövcud deyil. Şirkət daxilində o sadəcə olaraq “Instagram-ın yeni mətnli tətbiqi” adlandırılır. Məlumata əsasən istifadəçinin məlumatları və abunəçiləri Instagram hesabından bu yeni tətbiqə köçürüləcək.


    Tətbiq daxilində ana səhifə olacaq və istifadəçilər həmin ana səhifədə 500 simvoldan ibarət mətnli paylaşımlar edə biləcəklər. Mətnli paylaşımlar özlərində həmçinin linkləri, videoları və fotoları da birləşdirə biləcəklər. Sızdırılmış screenshot fotolara əsasən yeni tətbiq Instagram ilə Twitter-in sintezini xatırladır. Bu yeni tətbiq qeyri-mərkəzləşmə özəlliyinə sahib ola bilər. Belə ki, sızdırılmış screenshot fotoda qeyd edilib ki, bu yeni tətbiq Mastodon kimi digər tətbiqlərlə uyğunlaşa biləcək. Qeyd etək lazımdır ki, Mastodon adlı sosial şəbəkədə hər bir server müstəqil subyekt rolunda çıxış edir və qlobal sosial şəbəkənin formalaşması üçün hər bir server digərləri ilə əlaqəyə keçə bilir.



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×