Instagram, Windows 10 tətbiqinə DM mesajlaşma funksiyasını nəhayət gətirdi
Sosial Media
04.02.2020
Nijat Hamid
Bilindiyi kimi Instagram bir müddətdir ki, kompüter üzərindən DM Mesajlaşma funksiyasını aktivləşdirmək istəyir. İlk əvvəl bunu Instagram-ın Web versiyasına gətirəcəyi təxmin edilirdi, lakin son çıxan dəyişiklik ilə artıq Windows 10 üzərində Microsoft Store-dan yüklənilə bilən Instagram tətbiqində DM Mesajlaşma aktivləşdirildi.
Instagram-ın Windows 10 tətbiqində artıq DM üzərindən mesajlaşmaq mümkün olacaq.
Şəkildən də göründüyü kimi artıq Windows 10 tətbiqində Instagram DM Mesajlarına baxmaq,cavablamaq mümkündür. Həmçinin bu yenilənmə Instagram tətbiqindəki bir çox problemləri də həll edir. Təxminlərə görə, yaxın zamanlarda Instagram effektləri və Artdırılmış Reallıq (AR) funksiyalarını da dəstəkləyəcək. Bu tətbiqi yükləmək üçün Microsoft Store linkinə daxil olmağınız yetərlidir. Əldə Et yazısına klik etdikdən sonra tətbiq əməliyyat sisteminizə yüklənəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)