main-post-cover

    Instagram yetkinlik yaşına çatmamış istifadəçiləri yolverilməz kontentlərdən daha ciddi şəkildə qoruyacaq

    Sosial Media
    28.08.2022
    Emil Nəcəfov
        Instagram yetkinlik yaşına çatmamış istifadəçilərinin təhlükəsizliklərinin təmin edilməsi üçün əlavə tədbirləri təqdim edib. Bundan sonra fotoservis bu cür istifadəçilər üçün potensial yolverilməz kontentlərin sərgilənməsini daha ciddi şəkildə məhdudlaşdıracaq. Bu məsələdə fotoservis əsas diqqəti 16 yaşına kimi olan istifadəçilərə ayırır. Fotoservisin öz bloqunda təqdim etmiş olduğu məlumata əsasən yeniyetmələr üçün yolverilməz kontentləri əhatə edən ayarlar bölməsi bundan sonra 2 bənddən ibarət olacaq. Onlardan biri Standart digəri isə Less adlanacaq.
        Bununla belə fotoservisdə 16 yaşa kimi olan istifadəçilər qeydiyyatdan keçən zaman onlar üçün kontentlərin standart olaraq Less rejimli filtrasiyası aktivləşdiriləcək. Artıq qeydiyyatdan keçmiş və 16 yaşına çatmamış istifadəçilərə isə Less rejiminə fərdi şəkildə keçid etmək üzrə xəbərdarlıq göndəriləcək. Kontentlər fotoservisin axtarış və qısa videolar üçün nəzərdə tutulmuş Reels bölmələrində, hashtaglar, alqoritm tərəfindən görülən məshələtlər və s. üzrə filtrasiyadan keçəcəklər. Təbii ki, 18 yaşından yuxarı olan istifadəçilər avtomatik olaraq standart ayarları əldə edəcəklər və üstəlik onların More adlı bəndi seçmək kimi imkanları olacaq.
        Bununla yanaşı fotoservis 18 yaşına kimi olan istifadəçilərdən təhlükəsizlik və konfidensiallıq ayarlarının yoxlanılmasını tələb edəcək. Yetkinlik yaşına çatmamış istifadəçilər öz istəklərinə əsasən kontent paylaşımını edən və mesaj göndərmək imkanına sahib olan şəxsləri məhdudlaşdırmaq, eləcə də, öz abunəçilərinin hansı fərdi kontentləri görə biləcəklərini ayarlaya biləcəklər. Bütün bu tədbirlər fotoservisin ekosistemini yetkinlik yaşına çatmamış istifadəçilər üçün daha təhlükəsiz hala gətirmək yolunda reallaşdırılır. 
    Linki kopyala