main-post-cover

    Instagram yetkinlik yaşına çatmamış istifadəçilərini əlavə təhlükəsizlik funksiyası ilə qoruyacaq

    Sosial Media
    18.03.2021
    Emil Nəcəfov
        Instagram yetkinlik yaşına çatmamış istifadəçiləri arzuolunmaz şəxslərdən qorumaq üçün əlavə təhlükəsizlik tədbirlərini işə salır. Belə ki, yaxın zamandan başlayaraq yaşca böyük istifadəçilər özlərinə abunə olmayan və yetkinlik yaşına çatmamış şəxslərə yaza bilməyəcəklər. İstifadəçinin real yaşını təyin etmək üçün tərtibatçılar alqoritmlər sistemini yaradıblar.
        Instagram-dan istifadə etmək üçün tələb olunan minimal yaş həddi 13-dür. Instagram təmsilçilərinin sözlərinə əsasən sosial şəbəkənin sistemində özü-özünü təlimatlandıran süni zəka texnologiyaları çalışacaq. Həmin texnologiyalar öz yaşları barəsində düzgün məlumat təqdim etməmiş istifadəçiləri təyin edə biləcəklər. Əgər yaşca böyük olan istfadəçi 18 yaşından aşağı olan hansısa şəxsə mesaj göndərməyə cəhd etsə, sistem bunu təyin edəcək və həmin yetkinlik yaşına çatmamış istifadəçiyə bu barədə bildiriş göndərəcək.
        Sistem istifadəçiyə bildirəcək ki, yaşca böyük olan şəxs ona mesaj göndərmək istəyir. Bu halda həmin istifadəçini bloklamaq təklifi aktiv olacaq. Sözügedən funksiya artıq bu ay ilk öncə Argentinada, Braziliyada, İndoneziyada, Yaponiyada, Meksikada və Sinqapurda istifadəyə veriləcək. Digər ölkələrdə isə bu funksiya yaxın gələcəkdə istifadəyə veriləcək.
    Linki kopyala