Logo
    main-post-cover

    ABŞ-də TikTok-un qadağan ediləcəyi tarix yenidən təxirə salınıb

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ABŞ-də TikTok-un qadağan ediləcəyi tarix yenidən təxirə salınıb. ABŞ istifadəçiləri üçün bu o deməkdir ki, ByteDance-ə məxsus populyar sosial şəbəkə tətbiqindən hələlik istifadə davam edəcək.
    If TikTok is banned in the U.S., this is what it will look like for  everyone else | Mashable
        Əslində, TikTok-un ABŞ bazarındakı fəaliyyəti üçün son tarix 16 dekabr 2025-ci il hesab olunurdu. Qanuna əsasən (Protecting Americans from Foreign Adversary Controlled Applications Act of 2024), ByteDance ABŞ-dəki TikTok biznesini satmalı idi. Lakin bu müddət Donald Trump administrasiyası dövründə imzalanan bir neçə prezident sərəncamı ilə ardıcıl şəkildə uzadılıb. İlk uzadılma 2025-ci ilin 4 aprel tarixinə qədər idi. Daha sonra bu tarix 19 iyuna, ordan isə 16 dekabr 2025-ə keçirildi. Satışla bağlı real irəliləyişin olmaması və Çin hökumətinin bu prosesə mənfi yanaşması danışıqları daha da çətinləşdirib. Vaxtın davamlı uzadılması isə faktiki olaraq “son tarix” anlayışını mənasız edib.
        Nəticə etibarilə, 25 sentyabr tarixində imzalanan yeni prezident sərəncamı ilə ABŞ Baş Prokurorluğuna TikTok-a qarşı “120 gün müddətində heç bir hüquqi addım atmamaq” tapşırığı verilib. Bu isə TikTok-un ABŞ-də ən azı 23 yanvar 2026-cı ilə qədər fəaliyyətini davam etdirə biləcəyi deməkdir.
    Paylaş