Logo
    main-post-cover

    ABŞ dövlət idarələrinə öz cihazlarından TikTok-un silinməsi üçün 30 gün vaxt verilib

        Ağ Ev ABŞ-ın federal dövlət idarələrinə məxsus olan cihazlardan və sistemlərdən TikTok-un silinməsi qərarını qəbul edib. Bu prosesin reallaşdırılması üçün 30 gün vaxt verilib. Müvafiq memorandumu əhatə edən sənəd ABŞ Konqressinin qərarı əsasında hazırlanıb. Qərar isə keçən ilin sonunda qəbul edilmişdi. Buna bənzər qərar həmçinin Avropa Birliyində və Tayvanda da qəbul edilib. Həmçinin ABŞ-ın bəzi dövlət idarələri öz əməkdaşlarına iş cihazlarında TikTok-dan istifadəni qadağan ediblər. Buna misal olaraq ABŞ-ın Müdafiə Nazirliyini, Daxili Təhlükəsizlik Nazirliyini Dövlət Departamentini gətirmək olar. Bu qərar TikTok-un ABŞ-dakı 100 milyonluq istifadəçi kütləsinin yalnız çox kiçik bir hissəsini əhatə edir. Lakin bununla belə bu cür qərar nəticədə TikTok-un ABŞ-da tamamilə bloklanmasına gətirib çıxara bilər. TikTok administrasiyası öz növbəsində sosial şəbəkənin istifadəçiləri sistematik şəkildə izlədiyi fikirlərini təkzib edir.
    Paylaş
    Bənzər xəbərlər