main-post-cover

    ABŞ hökuməti öz ərazisində TikTok-un qadağan olunmasına bir addım daha yaxınlaşıb

    Sosial Media
    22.04.2024
    Farid Pardashunas
         Keçən həftənin sonunda ABŞ hökuməti öz ərazisində TikTok-un qadağan olunmasına bir addım daha yaxınlaşdı. TikTok-un ABŞ ərazisində fəaliyyətinin davam etdirilməsi yolunda ByteDance şirkətinin onu yerli şirkətə satmasına şərait yaradacaq qanun layihəsinə ABŞ Nümayəndələr palatasında yenidən nəzər yetirilib. Məlumata əsasən sözügedən qanun layihəsi ABŞ Senatına göndərilib. Gözləntilərə əsasən ABŞ Senatı bu həftə qeyd edilmiş qanun layihəsinin təsdiqinə səs verəcək. ABŞ prezidenti Joe Biden isə bu qanun layihəsini əks etdirən sənədi imzalayacaq. Beləliklə əgər ByteDance şirkəti TikTok-u satmaqdan imtina etsə, bu məşhur platforma ABŞ ərazisində qadağan olunacaq.
         Qadağa artıq yaxın günlərdə qüvvəyə minə bilər. Qeyd etmək lazımdır ki, qanun layihəsinin təsdiqinin lehinə nümayəndələr palatasının 360 nəfər şəxsi, əleyhinə isə 58 nəfər şəxsi səs verib. Qanun layihəsinin qüvvəyə minməsi üçün isə o, ABŞ Senatı və prezidenti tərəfindən təsdiqlənməlidir. ABŞ Senatı qanun layihəsinə bu həftə baxacaq. Qeyd etmək lazımdır ki, TikTok-un ABŞ ərazisində qadağan olunması istəyinin əsas səbəbi ABŞ hökumətinin iki əsas partiyasının TikTok-un Çin hökuməti ilə əlaqəli ola biləcəyi narahatlığıdır. Belə ki, ABŞ nümayəndələri narahatdırlar ki, Çin hökuməti amerikalı TikTok istifadəçilərinin böyük həcmdə məlumatlarını əldə edə və amerikalı istifadəçilər arasında TikTok üzərindən öz propaqandasını yaya bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    TikTok üçün istifadəçi səsinin klonlaşdırılması funksiyası hazırlanır
    tiktok-ucun-istifadeci-sesinin-klonlasdirilmasi-funksiyasi-hazirlanir
    TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
    tiktok-instagram-analoqunu-hazirladigini-tesdiqleyib
    TikTok Instagram analoqunu istifadəyə verməyə hazırlaşır
    tiktok-instagram-analoqunu-istifadeye-vermeye-hazirlasir
    TikTok 2023-cü ildə Azərbaycanda 2 milyondan çox videonu silib!
    tiktok-2023-cu-ilde-azerbaycanda-2-milyondan-cox-videonu-silib
    TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib
    tiktok-un-abs-da-qadagan-edilmesine-hedeflenmis-qanun-resmi-seviyyede-desteklenib