Logo
    main-post-cover

    ABŞ hökuməti TikTok-u 'Çinin Troya atı' hesab edir

    Sosial Media
    29.03.2023
        ABŞ hökuməti TikTok-un milli təhlükəsizliyə potensial təhlükə mənbəyi ola biləcəyi ilə bağlı məsələləri müzakirə etməyə davam edir. ABŞ Milli Təhlükəsizlik Agentliyinin kibertəhlükəsizlik şöbəsinin rəhbəri Rob Joyce TikTok-u “Çinin Troya atı”adlandırıb. Onun fikrincə sözügedən sosial şəbəkə uzunmüddətli perspektivdə ölkənin milli təhlükəsizliyi üçün böyük risklərə sahibdir. Rob Joyce bildirib ki, ABŞ hökuməti TikTok-un sahibi olan ByteDance şirkətini ciddi şəkildə nəzarətdə saxlamalıdır.
        Qeyd etmək lazımdır ki, ABŞ hökuməti və amerikalı kibertəhlükəsizlik mütəxəssisləri TikTok barəsində narahatlıqlarını dəfələrlə dilə gətiriblər. Onların hamısı ByteDance şirkətinin TikTok-un 150 milyonluq amerikalı istifadəçi kütləsinin məlumatlarını emal etməsindən narahatdırlar. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ABŞ hökuməti dövlət qulluqçularına xidməti cihazlarda TikTok-dan istifadəni qadağan etmişdi.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    ABŞ hökuməti TikTok-u 'Çinin Troya atı' hesab edir | Technote