Logo
    main-post-cover

    ABŞ-ın 14 ştatı TikTok-a qarşı məhkəmə iddiası qaldırıb

    Sosial Media
    10.10.2024
    Emil
         ABŞ-ın 14 ştatının baş prokurorları TikTok-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. Sosial şəbəkə azyaşlıların psixoloji sağlamlıqlarına zərər yetirilmədə və onun nə dərəcədə təhlükəsiz olması mövzusunda istifadəçiləri aldatmaqda günahlandırılır. Məhkəmə iddiasını qaldırmış prokurorlardan ibarət qrupa Nyu-York ştatının baş prokuroru Letitia James və Kaliforniya ştatının baş prokuroru Rob Bonta rəhbərlik edirlər. “Bizim aparmış olduğumuz araşdırmaya əsasən TikTok korporativ gəlirin yüksəlməsi istiqamətində sosial şəbəkələrdən asılılığı inkişaf etdirir. TikTok bilərəkdən uşaqlara istiqamətlənir. Belə ki, TikTok rəhbərliyi bilir ki, uşaqlar qorunmaya və asılılığı formalaşdıran kontentlər ətrafında sağlam sərhədin formalaşdırılması bacarığına sahib deyillər” - deyə Rob Bonta qeyd edib.
         Məhkəmə iddiasını qaldırmış tərəf əmindir ki, TikTok azyaşlı istifadəçilərə zərər verən funksiyaları yaradaraq və kontentləri irəli çəkərək ABŞ qanunvericiliyini pozur. Məlumatda qeyd edilib ki, sosial şəbəkənin biznes modeli uşaqların bu platformada keçirdikləri zamanın artırılmasına istiqamətlənib. Beləcə şirkət istiqamətləmiş reklamların yerləşdirilməsi üzərindən öz gəlirini artırır. Prokurorlar həmçinin TikTok-da geniş yayılmış, lakin daha sonra yeniyetmə şəxslərin ölümlərinə səbəb olmuş bəzi trendləri də qeyd ediblər. Prokurorlar hesab edirlər ki, TikTok eyni zamanda bir neçə ABŞ qanununu pozur.
         Bura həmçinin uşaqların internetdəki konfidensiallıqlarının qorunması qanunu (COPPA) da daxildir. Onların fikirlərinə əsasən platforma 13 yaşından aşağı istifadəçilərin məlumatlarından istifadə edərək gəlir əldə edir və müvafiq olaraq bu qanunu pozur. Bundan əlavə olaraq prokurorlar bildiriblər ki, TikTok sosial şəbəkənin uşaqlar üçün təhlükəsiz olması barəsində ictimaiyyəti aldadıb. Prokurorlar məhkəmənin TikTok-u öz biznes modelini dəyişməyə və müəyyən məbləğdə cərimə ödəməyə məcbur etməyi tələb edirlər. TikTok-un nümayəndəsi Alex Haurek bildirib ki, servis bu cür fikirlərlə qəti şəkildə razı deyil.
    Paylaş