ABŞ'ın məhkəmə proseslərində emojilərin mənalarının aydınlaşdırılmasından istifadə edilir

ABŞ'ın məhkəmə proseslərində emojilərin mənalarının aydınlaşdırılmasından istifadə edilir

Sosial Media
20.02.2019 PAYLAŞIM

    ABŞ məhkəmələrində işlərin baxılması prosesi zamanı emojilərin mənalarının aydınlaşdırılması məsələsinə son zamanlar daha çox diqqət ayrılır. Bu barədə The Verge saytı xəbər verib. Məlumata əsasən bu cür təşəbbüslər hələ 2004-cü ildə reallaşdırılmışdı. Lakin son zamanlarda bu cür üsullara daha çox diqqət ayrılır. Belə ki, son zamanlarda məhkəmə proseslərində emojilərdən istifadə halları daha çox artıb. Məsələn 2018-ci ildə bu cür üsuldan istifadə edilmə halları 30% təşkil etmişdi.

    The Verge saytı bu məsələdə seksual xidmətlərin təşkil olunmasında, seksual xidmətlərdə iştirak edən qadınlar üzərində nəzarətin olunmasında və onların gəlirlərinin bir hissəsinin mənimsənilməsində günahlandırılan bir şəxsin məhkəmə prosesini misal gətirib. Belə ki, həmin şəxs mesaj vasitəsilə digər bir şəxsə ayaqqabı, tac və pullarla dolu olan torba stikerlərini göndərib. Sözügedən şəxsi günahlandıran tərəfin fikrincə mesaj vasitəsilə göndərilmiş bu emojilər sayəsində günahlandırılan şəxsin seksual xidmətlərdə iştirak edən qadınlarla əlaqəsinin olduğu faktını sübut etmək mümkün olub.

Bənzər xəbər


    The Verge saytının jurnalistlərinin fikrincə əsas problem ondan ibarətdir ki, hüquqşünaslar bu və ya digər emojinin hansı məna daşıdığını anlaya bilmirlər. Demək olar ki, hər zaman emojinin mənası hansısa çatdakı və mesajdakı kontekst ilə sıx bağlı olur. Beləliklə emojinin mənasının səhv aydınlaşdırılması öz növbəsində hansısa şəxsi günahlandıran tərəfin və ya günahlandırılan şəxsin qorunması ilə məşğul olan tərəfin mövqelərinin güclənməsinə səbəb ola bilər. Bəzi hallarda isə emojilərin mənalarının düzgün aydınlaşdırılmaması ədalətsiz məhkəmə qərarlarına yol aça bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube videolarını brauzer üzərindən kompüterə yükləmək mümkün olacaq..

Youtube brauzer üzərindən kompüterə videoların yüklənməsi funksiyası üzərində çalışır...


Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Whatsapp ayrı-ayrı şəxslərin digərləri üçün diskomfort yaratmamaları yolunda digər messencer və sosi..


Telegram-da növbəti yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər.


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..


Yaxın zamanda Whatsapp-ın köhnə əməliyyat sistemlərində dəstəyi dayandırılacaq..

Whatsapp tərtibatçıları yaxın zamanda messencerin köhnə əməliyyat sistemli smartfonlarda dəstəyinin ..

×