main-post-cover

    ABŞ Senatı dövlət qulluqçularına iş cihazlarında TikTok-dan istifadəni qadağan edəcək

    Sosial Media
    21.12.2022
    Farid Pardashunas
        TikTok servisinin amerikalı istifadəçilər arasında geniş yayılmasından ABŞ-ın hələ keçmiş prezidenti Donald Trump böyük narahatlıq keçirdirdi. Lakin ByteDance şirkətinə məxsus olan bu servisin ABŞ-dakı biznesinin yerli şirkət tərəfindən alınaraq nizamlanması cəhdi heç bir nəticə vermədi. Keçən həftə isə ABŞ Senatı dövlət qulluqçularına iş üçün nəzərdə tutulmuş smartfonlarda TikTok servisinin istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib. Reuters saytının verdiyi məlumata əsasən ABŞ təmsilçilər palatası sözügedən qanun layihəsini bu həftənin sonuna kimi təsdiqləməlidir. Təsdiqdən sonra isə qanun layihəsi ABŞ-ın hal hazırki prezidenti Joe Biden tərəfindən imzalanacaq.
        Maraqlısı ondadır ki, bu cür məhdudlaşdırıcı tədbirləri artıq ABŞ-ın bir çox ştatı ilə dövlət qurumları qəbul ediblər. Bu cür dövlət qurumlarının əməkdaşlarına işdə istifadə edilən mobil cihazlarda TikTok-dan istifadə qadağan edilib. Bir çox amerikalı məmurun fikirlərinə əsasən TikTok servisi ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükə mənbəyi qismində çıxış edir. Belə ki, amerikalı istifadəçilərin məlumatları Çinin dövlət strukturları tərəfindən əldə edilə bilər. TikTok servisinin təmsilçiləri isə bu cür şübhələri yalan adlandırırlar və onlar hesab edirlər ki, bu cür şübhələr dezinformasiya əsasında formalaşıb. Bununla yanaşı servisin təmsilçiləri yaranmış problemin aradan qaldırılması üçün dövlət strukturlarının təmsilçiləri ilə görüşlər keçirtməyə hazır olduqlarını qeyd ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər