ABŞ vizası almaq istəyən şəxslərdən sosial şəbəkə məlumatları tələb olunacaq

ABŞ vizası almaq istəyən şəxslərdən sosial şəbəkə məlumatları tələb olunacaq

Sosial Media
04.06.2017 PAYLAŞIM

Donald Trump-ın administrasiyası yeni qaydaları təqdim edib.

Həmin qaydalara əsasən ABŞ-a viza almaq istəyən şəxslər öz sosial şəbəkə istifadəçilərinin son 5 illik məlumatlarını və özlərinin son 15 illik bioqrafik məlumatlarını təqdim etməli olacaqlar. Yüksək vəzifəli şəxslərin bu məsələyə olan tənqidlərinə baxmayaraq yeni qaydalar qüvvəyə minib. Tənqidçilərin fikrincə bu qaydalar viza sorğularında və onun əldə edilməsində gecikmələr və ABŞ-a xarici tələbə ilə alimlərin cəlb edilməsində çətinliklər yaradacaq. Yeni prosedurlara əsasən səfirliklərin əməkdaşları viza almaq istəyən şəxslərdən, keçmiş passport nömrələrini, sosial şəbəkələrdəki istifadəçilərin son 5 il ərzindəki məlumatları, elektron poçt ünvanlarını, son 15 il ərzindəki bioqrafik məlumatları, yaşayış ünvanını, iş yerini və əvvəlki səyahətlərin xülasəsini tələb edə bilərlər. Bu məlumatlar hansısa şəxsin kimliyini təsdiq etmək və ya təhlükəsizlik məqsədilə ciddi yoxlanış halında tələb oluna bilər. Nəzərə alsaq ki, ABŞ vizasını almaq onsuzda asan bir prosedur deyil, yeni qaydaların vasitəsilə bu proseduru daha da çətinləşdirmək yeni suallar yaradır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..

×