
Ağcaqanadı öldürüb onun fotosunu Twitter-də paylaşan şəxsin səhifəsi ömürlük block edildi
Sosial Media
31.08.2017
Emil
Twitter, ağcaqanadı təhdid edən və daha sonra onun ölü vəziyyətinin fotosunu paylaşan yaponiyalı şəxsin səhifəsini ömürlük block edib.
Hər şey 20 Avqust tarixində baş verib. @nemuismywife ləqəbli
yaponiyalı Twitter istifadəçisi, televizor izlədiyi zaman ağcaqanad onu bir neçə
dəfə dişləyib. Həmin şəxs, ağcaqanadı öldürərək növbəti tweet-i paylaşıb: “Mən
televizora baxan və istirahət etməyə çalışan zaman sən məni dişləməklə nəyə
nail oldun? Öl! (bir tərəfdən sən artıq ölmüsən)”. Bununla yanaşı o, ölmüş
ağcaqanadın fotosunu da paylaşmışdı. Bir neçə müddətdən sonra isə o, Twitter-in
administrasiyasından məktub aldı. Həmin məktubda onun Twitter səhifəsinin
ömürlük block olunduğu bildirilmişdi. Daha sonra yaponiyalı şəxs, @DaydreamMatcha
adlı yeni səhifə yaradaraq sosial şəbəkəni tənqid etmişdi. “Mən, ağcaqanadı
öldürdüyümü bildirəndən sonra mənim səhifəm ömürlük block olundu. Bu qayda
pozuntusudur?” – deyə o bildirmişdi. Ola
bilər ki, həmin tweet, sosial şəbəkə tərəfindən yenicə istifadəyə
verilmiş xüsusi alqoritm tərəfindən aşkar edilmişdi. Həmin alqoritm isə istənilən
istifadəçinin aqressiv davranışını təyin etmək üçün nəzərdə tutulub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
