Almaniya hökuməti Facebook-a Whatsapp istifadəçilərinin məlumatlarını yığmağı qadağan edib

Almaniya hökuməti Facebook-a Whatsapp istifadəçilərinin məlumatlarını yığmağı qadağan edib

Sosial Media
12.05.2021 PAYLAŞIM

    Almaniya dünyada ilk dəfə Facebook-un Whatsapp istifadəçilərinin məlumatlarını yığmasını qanun səviyyəsində qadağan edib. Beləliklə Whatsapp-da 15 may tarixində qüvvəyə minəcək yeni konfidensial qaydalar Almaniya hökuməti tərəfindən qanunsuz hesab edilir. Facebook Almaniyanın qərarına rəsmi cavab kimi bildirib ki, şirkət yeni konfidensiallıq qaydalarını messencerə inteqrasiya etməyə davam edəcək. Bu barədə Bloomberg saytı xəbər verib. Almaniya hökumətinin qadağası 3 ay üçün nəzərdə tutulub. Facebook-a qarşı sanksiyaların tətbiq olunması təşəbbüsü məlumatların qorunması və informasiyaların azadlığı üzrə komissar Johannes Caspar-a məxsusdur.

    Onun fikrincə Whatsapp-ın yeni şərtləri qeyri şəffaf və ziddirlər. O həmçinin Avropa Birliyinə daxil olan digər ölkələri də bu cür tədbirlər görməyə çağırıb. Whatsapp təmsilçiləri öz növbələrində komissarın fikirlərini səhv adlandırıblar və bildiriblər ki, qanun səviyyəsində qəbul edilmiş qadağa yeni konfidensiallıq siyasətinin messencerə inteqrasiya olunmasına mane olmayacaq. Məlumatda qeyd olunub ki, Almaniya hökumətinin qərarı messencerdəki yeni konfidensiallıq qaydalarının məqsədlərinin düzgün şəkildə anlaşılmamasına əsaslanır.


    Qeyd etmək lazımdır ki, Facebook Whatsapp üçün nəzərdə tutulmuş yeni konfidensiallıq qaydalarını bu ilin əvvəlində anons etmişdi. Anons ediləndən sonra şirkət insanlar tərəfindən sərt şəkildə tənqid olundu. Tənqidlərdən sonra isə Facebook bu yenilənmənin qüvvəyə minməsini 15 may tarixinə kimi təxirə salmalı oldu. Yeni konfidensiallıq qaydalarına əsasən Whatsapp istifadəçiləri öz konfidensial məlumatlarının messencerə və birbaşa Facebook-a ötürülməsinə razılıq verirlər. Ötürüləcək konfidensial məlumatlar arasında telefon nömrəsi və istifadəçinin kontakt məlumatları da yer alırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..


Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib...


Whatsapp-da yaxın aylarda istifadəyə veriləcək funksiyalar məlum olub

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq. Bu üsul ilə bir isti..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər məhdudl..

15 may tarixində Whtsapp-da yeni konfidensiallıq qaydaları istifadəyə verilmişdi.


Instagram-da ödənişli abunəlik sistemi istifadəyə verilə bilər

Instagram servisi abunəçilər ilə kontent yaradıcıları arasındakı maliyyə münasibətinin yüngülləşdiri..


Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında çatların köçürülməsi funksiya..

Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında foto, video və digər fayllar ilə birlikdə çatları..

×