main-post-cover

    Android və iOS istifadəçiləri karantin dövründə tətbiqlərdə ümumilikdə nə qədər vəsait xərcləyiblər?

    Sosial Media
    08.04.2020
    Emil Nəcəfov
        Baxmayaraq ki, qlobal böhran səbəbilə bir çox sahələr durğunluq sərgiləyirlər, mobil tətbiqlər bazarı əksinə yeni rekord göstəricilər sərgiləyir. Bu barədə Gagadget saytı xəbər verib. App Annie analitik şirkətinin təqdim etdiyi yeni hesabatına əsasən 2020-ci ilin birinci rübündə Android iOS istifadçilərinin tətbiqlərə yüksək tələbatları müşahidə olunur.
        2019-cu ildən fərqli olaraq 2020-ci ildə karantin səbəbilə smartfon istifadəçiləri mobil tətbiqlərə və oyunlara 20% daha çox vəsait xərcləyirlər. Hesabata əsasən istifadəçilər ümumilikdə tətbiqlərin daxilində 23.4 milyard dollar vəsait xərcləyiblər. Bu vəsaitin 15 milyard dolları App Store-a, 8.3 milyard dolları isə Google Play-ə aiddir. iOS əməliyyat sistemində xərclənmiş vəsaitlərin 65%-i oyunlara xərclənib. Android-də bu göstərici 85%-dir.
        Beləliklə bu ilin birinci rübündə mobil oyunlara ümumilikdə 16.7 milyard dollar vəsait xərclənib. Oyunlardan əlavə olaraq Android istifadəçilər öz zamanlarını sosial və əyləncəli tətbiqlərində (əsas da Disney+Twitch) keçirdiblər. iOS istifadəçiləri isə daha çox TikTok, Youtube Tinder-dən istifadə ediblər. 2020-ci ilin birinci rübündə ümumilikdə 31 milyard tətbiq yüklənilib. Bu göstərici isə 2019-cu ilin dördüncü rüb göstəricisindən daha yüksəkdir. 
    Linki kopyala