Logo
    main-post-cover

    Anthropic Claude Code üçün səs rejimini istifadəyə verdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Anthropic şirkəti proqramçılar üçün hazırladığı süni intellekt əsaslı kod köməkçisi Claude Code platformasına yeni Voice Mode (Səs rejimi) funksiyasını əlavə edib. Bu yenilik proqramlaşdırma prosesini daha əlverişli və hands-free formatda həyata keçirməyə imkan yaradır.
         Şirkətin mühəndisi Thariq Shihipar X platformasında açıqlayıb ki, səs rejimi hazırda istifadəçilərin təxminən 5 %-i üçün aktivdir və yaxın həftələrdə mərhələli şəkildə daha geniş auditoriyaya təqdim olunacaq. Yeni funksiya istifadəçilərə Claude Code ilə yazmaq əvəzinə danışaraq ünsiyyət qurmağa imkan verir. Rejimi aktivləşdirmək üçün istifadəçilər sadəcə “/voice” komandası yazmalıdır.
        Hazırda funksiyanın texniki məhdudiyyətləri, səsli əmrlər üçün limitlərin olub-olmaması və ya texnologiyanın ElevenLabs kimi üçüncü tərəf səs AI şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb-hazırlanmadığı barədə rəsmi məlumat verilməyib. Anthropic məsələ ilə bağlı mediaya əlavə şərh təqdim etməyib.
    Paylaş