App Store-da Apple tətbiqlərinin qiymətləndirilməsi imkanı aktivləşib

App Store-da Apple tətbiqlərinin qiymətləndirilməsi imkanı aktivləşib

Sosial Media
01.10.2021 PAYLAŞIM

    Apple şirkəti sonunda istifadəçiləri üçün App Store platformasında öz tətbiqlərini qiymətləndirmək imkanını aktivləşdirib. Qeyd etmək lazımdır ki, indiyənə kimi belə bir imkan yox idi. İstifadəçilər App Store-da yalnız kənar tərtibatçıların məhsullarını qiymətləndirə bilirdilər. Öz orijinal tətbiqlərinin qiymətləndirilməsi imkanının təqdim edilməsindən sonra iOS istifadəçiləri App Store-da Apple tətbiqlərini qiymətləndirməyə başlayıblar. Lakin tətbiqlər o qədər də yüksək reytinqlər əldə etməyiblər. Məsələn Apple Files, Maps Home tətbiqləri istifadəçilər tərəfindən 3-3.5 ulduz əldə ediblər. Apple News 2.3 ulduz, Apple Podcasts isə 2 ulduz əldə edib.

    Lakin qeyd etmək lazımdır ki, tətbiqlərin çoxu heç 100 qiymətləndirməni əldə etməyib. Buna görə də mövcud göstəricilər hələ real vəziyyəti əks etdirmir. Apple tətbiqləri digər məşhur tətbiqlər ilə müqayisədə daha az qiymətləndirməyə sahibdirlər. Məsələn Facebook tətbiqinin 1.1 milyon qiymətləndirilməsi, TikTok-un isə 10 milyon qiymətləndirilməsi var. Apple tətbiqlərinin hələ az sayda qiymətləndirmə əldə etmələrinə baxmayaraq bu cür imkanın yaradılması yaxşı əlamətdir. Bu öz növbəsində App Store platformasında ədalətli rəqabətin olmasına şərait yaradacaq. Bundan əlavə olaraq Apple öz məhsullarının yaxşılaşdırılması haqqında da düşünə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Sabahdan Instagram-a foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmə..

Instagram tərtibatçıları məşhur fotoservis üçün böyük yenilənməni elan ediblər.


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..


Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər gö..

Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşa..


Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların ..


Facebook Clubhouse tərz audio otaqları hamı üçün istifadəyə verib

Hələ bu ilin aprel aynda Facebook bildirmişdi ki, o, yeni audiofunksiyalar üzərində çalışır və həmin..

×