Logo
    main-post-cover

    Apple iMessage tətbiqində kvant kompüterlərdən qorunma tədbirini görüb

    Sosial Media
    23.02.2024
    Emil
         Apple şirkəti iMessage üçün yeni təhlükəsizlik protokolunu işə salıb. İşə salınmış yeni təhlükəsizlik protokolu hələ kütləvi şəkildə istifadə edilməyən kvant kompüterlər tərəfindən ola biləcək təhlükələrin qarşısını almaq üçün nəzərdə tutulub. iMessage üçün istifadəyə verilmiş yeni təhlükəsizlik protokolu PQ3 adını əldə edib. O, kvant kompüterlərinin nəzərə alınmaqla yüksək təhlükəsizlik səviyyəsinin təmin olunması üçün hazırlanıb.
         Belə ki, kvant kompüterləri kriptoqrafiya sahəsini başdan ayağa dəyişə və mövcud təhlükəsizlik protokollarını faydasız edə bilərlər. Buna görə də Apple öncədən öz tədbirini görməyi qərara alıb. Apple şirkətinin vermiş olduğu məlumata əsasən şirkət mütəxəssisləri bu yeni kriptoqrafik protokolu sıfırdan ayarlayıblar. PQ3-ü test etmiş mütəxəssislərin sözlərinə əsasən istifadəçilər onun sayəsində hətta kvant kompüterləri qarşısında öz konfidensiallıqlarını qoruyub saxlaya bilərlər.
    Paylaş