Apple şirkəti App Store'dakı ödənişli reklamlardan nə qədər pul qazanır?

Apple şirkəti App Store'dakı ödənişli reklamlardan nə qədər pul qazanır?

Sosial Media
23.10.2018 PAYLAŞIM

    2016-cı ildən bəri App Store-da ödənişli elanlar göstərilir. Bernstein şirkətinin analitiki Tonni Sacconaghi-nin fikrincə 2020-ci ildə bu biznes Apple şirkətinə 2 milyard dollar gəlir gətirəcək. Analitik həmçinin qeyd edib ki, 2 milyard dollar minimal göstəricidir. Apple şirkəti ya bu göstəriciyə nail olacaq yada həmin göstəricini geridə qoyaraq daha çox gəlir əldə edəcək. Bu isə öz növbəsində App Store, Apple Music, iTunes, Apple BooksiCloud servislərinin daxil olduğu “Xidmətlər” bölməsinin Apple şirkətinə 49 milyard dollar gətirəcəyinə imkan verəcək.

    Analitikin sözlərinə görə Apple bu il ödənişli elanlar sayəsində 500 milyon dollar gəlir qazanacaq. 2020-ci ildə App Store servisinin reklam şöbəsindən əldə olunacaq gəlir 2017-ci ildə Apple Music vasitəsilə əldə olunmuş gəlir ilə eyni səviyyədə olacaq. Qeyd etmək lazımdır ki, ödənişli reklam elanları ilk öncə ABŞ-da aktiv idi. 2017-ci ildən başlayaraq Apple şirkəti bu biznesi İngiltərə, Avstraliya və Yeni Zellandiyada aktiv etdi. Bu il isə bu biznesin aktiv olduğu ölkələr sırasına Avropa və Asiyadan olan bir sıra ölkələr əlavə olundu.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Videoçat platforması olan Microsoft Teams-in pulsuz versiyası istifadəyə verilib..

Məşhur korporativ platforma olan Microsoft Teams-in fərdi istifadə üçün nəzərdə tutulmuş pulsuz vers..


Instagram-ın desktop versiyası vasitəsilə fotoservisə postların əlavə edilməsi f..

Alessandro Paluzzi adlı tərtibatçı aşkar edib ki, Instagram tərtibatçıları desktop versiya vasitəsil..


Ən çox konfidensial məlumat yığan servislərin reytinqi tərtib olunub

Apple sayəsində iOS istifadəçiləri bu və ya digər tətbiqin hansı konfidensial məlumatları yığdığını ..


Almaniya hökuməti Facebook-a Whatsapp istifadəçilərinin məlumatlarını yığmağı qa..

Almaniya dünyada ilk dəfə Facebook-un Whatsapp istifadəçilərinin məlumatlarını yığmasını qanun səviy..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçi hesabları ..

Son zamanlarda Whatsapp messenceri yeni konfidensiallıq siyasətinə görə sərt şəkildə tənqid olunur. ..


Clubhouse-un Android versiyası bəzi istifadəçilər üçün təqdim olunub

iOS-də istifadəyə verilməsindən 1 il sonra Clubhouse sosial şəbəkəsi sonunda Android üçün təqdim olu..

×