Apple şirkəti Apple Music servisinin veb versiyasını istifadəyə verdi

Apple şirkəti Apple Music servisinin veb versiyasını istifadəyə verdi

Sosial Media
06.05.2020 PAYLAŞIM

    Apple şirkəti məşhur Apple Music musiqi servisinin veb versiyasını rəsmi şəkildə istifadəyə verdi. Şirkət servisin veb versiyasını keçən ilin sentyabr ayından bəri test edirdi. Bu barədə Vc.ru saytı xəbər verib. Apple Music-in veb versiyasında kataloqdan olan musiqiləri axtarmaq, onları dinləmək və ya servisin orijinal videokontentini izləmək olar.

    Bundan əlavə olaraq bir sıra ölkələrdə servisin veb versiyası sayəsində Safari brauzerindən Beats 1 radiosunu da dinləmək mümkündür. Bununla yanaşı yeni istifadəçilər Apple Music-ə abunəliyi həmçinin veb versiya vasitəsilə də reallaşdıra bilərlər. Servisin veb versiyaının testi zamanı onda smart playlistlər özəlliyi yox idi və istifadəçi onda abunəliyi reallaşdıra bilmirdi. İndi isə Apple Music-in veb versiyası mobil versiyadakı kimi bütün qovluqlara sahibdir.


 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-a yeni funksiyalar əlavə edilib

Telegram tərtibatçıları mütəmadi olaraq messencerin funksionallıqlarını genişləndirirlər. ..


Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşd..

Qeyd etmək lazımdır ki, yaxın bir neçə ay ərzində sözügedən messencerə yeni konfidensiallıq qaydası ..


Google şirkətinin iOS cihazlarda hansı istifadəçi məlumatlarını yığdığı məlum ol..

App Store-da tətbiqlərin yerləşdirilməsi siyasətində dəyişikliklərin reallaşdırılmasından sonra Goog..


Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

Keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, Telegram-ın gəlir gətirmə vaxtı gəlib çatıb...


Facebook şirkəti Clubhouse analoqu üzərində çalışır

Facebook şirkəti son günlər çox məşhurlaşmış ClubHouse adlı sosial şəbəkəyə bənzəyən audioçat sistem..

×