Apple şirkəti tərtibatçılar üçün WWDC 2020 tədbirinin keçirilmə tarixini açıqladı
Sosial Media
06.05.2020
Farid Pardashunas
Hələ mart ayında Apple şirkəti bildirmişdi ki, tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC tədbiri bu il koronavirus səbəbilə online formatda keçiriləcək. İndi isə şirkət WWDC 2020-nin keçirilmə tarixlərini açıqlayıb. Beləliklə bu ilki WWDC 2020 tədbiri 22 iyun tarixində Apple Developer mobil tətbiqində və saytında start götürəcək. Tərtibatçıların bu online tədbirdə iştirakları pulsuz olacaq. Tədbir çərçivəsində şirkət tərtibatçılar üçün yeni iOS, iPadOS, macOS, tvOS və watchOS əməliyyat sistemlərinin ilkin versiyalarını təqdim etməlidir.
Bununla yanaşı tədbir zamanı sözügedən əməliyyat sistemlərini yaratmış mühəndislər ilə ünsiyyət də qurmaq mümkün olacaq. “Bu il WWDC tam fərqli formatda keçirilməklə yanaşı həmçinin tədbir tarixi ərzində ən böyüyü olacaq. Bizim bütün dünyadan olan tərtibatçılar cəmiyyətimiz (23 milyondan çox insan) Apple şirkətinin gələcək platforması barəsində məlumatlanmaq üçün iyun ayında 1 həftəlik bir araya gələcək” - deyə şirkət qeyd edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək